İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir

29 oktyabr 2010, 16:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.

Dövlət başçısı Abdullah Gülü ad günü və eləcə də Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə təbrik etmiş, ona cansağlığı, fəaliyyətində uğurlar, Türkiyə xalqına firavanlıq və əmin-amanlıq arzulamışdır.

Türkiyə Prezidenti təbriklərə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, xalqımıza ən xoş arzularını çatdırmışdır.

Azərbaycan və Türkiyə Prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.