Gerb

01 noyabr 2010, 14:38
2554

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilmişdir.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəsəbənin açılışında iştirak etmişdir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verdi ki, yeni qəsəbədə 68 ailə üçün iki, üç və dördotaqlı fərdi evlər inşa olunmuşdur.

Dövlət başçısı qəsəbənin yerləşmə planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxdı.

Evlərdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinlərini təbrik etdi.

Müəllim Safurə Rzayeva qəsəbə sakinləri adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq etdi. 

Loader

Böyük ölçüdə



Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR