Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçdən

24 oktyabr 2013, 12:50

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Əminəm ki, biz növbəti illərdə də xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində xalqlarımız və dövlətlərimiz arasında güclü əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

İvo Yosipoviç
Xorvatiya Respublikasının Prezidenti