Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukdən

25 oktyabr 2013, 13:10

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istəyirəm.
Mən təbriklərimlə yanaşı, ümidimi də ifadə etmək istərdim ki, ölkəniz demokratiya və hüquqi dövlətçiliyin inkişafı istiqamətində daha da irəli gedəcəkdir.

Azərbaycan həm bu yolda, həm də Avratlantik dəyərlər birliyinə istiqamətlənmə prosesində Almaniyanın dəstəyinə güvənə bilər.

Ali dövləti vəzifənizdə Sizə səmərəli fəaliyyət, uğurlar və işlərinizin avand olmasını səmimi qəlbdən arzu edirəm.

Hörmətlə,

Yoaxim Qauk
Almaniya Federativ Respublikasının Prezidenti