Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri, QDİƏT İşgüzar Şurası Direktorlar Şurasının üzvü Viktor Arxipovdan

25 oktyabr 2013, 14:00

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Yenidən bu vəzifəyə seçilməyiniz sübut edir ki, Azərbaycan xalqı Sizə etibar edir, ölkənin sosial-iqtisadi sabitliyinin möhkəmlənməsinə olan ümidlərini Sizinlə bağlayır.

Əminik ki, Sizin peşəkar təcrübəniz, enerjiniz və təşkilati istedadınız prezidentliyinizin yeni dövründə də sanballı nailiyyətlər əldə etməyinizə imkan verəcəkdir.

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etdirilməsi üçün Sizin səylərinizi yüksək qiymətləndiririk. Əminik ki, bu istiqamətdə əməkdaşlığımız yüksək səviyyədə davam etdiriləcəkdir.

Hörmətlə,

Viktor Arxipov

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya
Milli Komitəsinin sədri, QDİƏT İşgüzar Şurası Direktorlar Şurasının üzvü

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10