Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana

26 oktyabr 2013, 16:10

Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Çex Respublikasının dost xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 oktyabr 2013-cü il.