Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, professor İqor Burqanovdan

28 oktyabr 2013, 16:10

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin bu qələbəniz bütün xalq üçün seçdiyiniz düzgün yolun parlaq sübutudur. Hazırda Azərbaycan mədəniyyəti fəal inkişaf edir. Bu il Bakı şəhərindəki Xalça muzeyində mənim fərdi sərgimə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Respublikanıza firavanlıq diləyirəm.

Hörmətlə,

İqor Burqanov

Rusiyanın Əməkdar Rəssamı
Rusiya Rəssamlıq Akademiyasının
müxbir üzvü, professor