Astana şəhəri, qazax yazıçısı, akademik Baxitxoja Rustemovdan

29 oktyabr 2013, 16:00

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, müstəqil Azərbaycanın, türk dünyasının və bütün bəşəriyyətin çiçəklənməsi naminə səylərinizdə uğurlar diləyirəm.

Qoy qardaş qazax və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma daha da möhkəmlənsin.

Dərin hörmətlə,

Baxitxoja Rustemov
Astana şəhəri, qazax yazıçısı, akademik