Gerb

22 may 2010, 16:20

Hörmətli cənab Prezident!

Sizin Sərəncamınızla Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi münasibətilə mənə “Əməkdar müəllim” fəxri adının verilməsinə görə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, son 20 ildə ADAU-nun heç bir əməkdaşı respublikanın dövlət mükafatı ilə təltif olunmamışdır. Mənə verdiyiniz fəxri adı aqrar sahədə çalışan alimlərin fəaliyyətinə göstərdiyiniz böyük qayğı, diqqət kimi qiymətləndirirəm. Sizə uğurlar diləyirəm.

Hörmətlə,

Yusif Məmmədov,

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, respublikanın əməkdar müəllimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Firdovsi küçəsi 44.
 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR