İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur

12 noyabr 2013, 15:00
İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur

Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi.

Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photo