İlham Əliyev Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşdur

12 noyabr 2013, 20:30
İlham Əliyev Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev və Prezident Abdullah Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül əvvəlcə şirkətin uçuş qülləsindən “HÜRKUŞ” əsas təlim təyyarəsinin və “T129” hücum helikopterinin təlim uçuşlarını izlədilər.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Türk Uçak Sanayi Anonim Ortaklığı 1973-cü ildə ölkənin müdafiə sahəsində xarici istehsaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılmışdır. 1984-cü ildə təməli qoyulan və Amerika-Türkiyə birgə layihəsi olan Türkiyə Aerokosmik Sənayesi Şirkəti isə Türkiyə Hava Qüvvələrinin tələbatını ödəmək məqsədilə fəaliyyətə başlamışdır. İlk vaxtlarda əsas məqsəd “F-16”ların istehsalına başlamaqla təyyarə sistemlərinin inteqrasiyasına nail olmaq və uçuş testlərini apardıqdan sonra döyüş təyyarələrini hava qüvvələrinin istifadəsinə vermək idi. 2005-ci ildə şirkətin bütün payları türk hissədarlara keçmiş və burada geniş yenidənqurma işləri aparılmışdır. Bu çərçivədə Türkiyə Aerokosmik Sənayesi Şirkəti fəaliyyətini daha da genişləndirmiş və aviasiya, kosmos sənayesi sistemləri inkişaf etdirilmiş, modernləşmə, sistemlərin əlaqələndirilməsi ilə bağlı bir çox nailiyyətlər qazanılmışdır. Bununla da Türkiyə Aerokosmik Sənayesi Şirkəti qardaş ölkənin mühüm texnoloji mərkəzlərindən birinə çevrilmişdir. Hazırda şirkət özündə 5 əsas strateji iş mərkəzini birləşdirir. Bundan əlavə, şirkət tərəfindən istehsal olunan məhsullarla bağlı logistik xidmət də fəaliyyət göstərir.

Prezident İlham Əliyev “HÜRKUŞ” təlim təyyarəsinin texniki göstəriciləri ilə tanış oldu. Qeyd edildi ki, son illərdə bu təlim təyyarəsində modernləşdirmə işləri aparılmışdır.

Dövlətimizin başçısına, həmçinin “T129” hücum helikopterinin texniki göstəriciləri barədə də məlumat verildi. Qeyd olundu ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan müəssisələr 274 min kvadratmetri qapalı olmaqla, ümumilikdə 5 milyon kvadratmetr sahəni əhatə edir. Həyata keçirdiyi layihələri və çoxşaxəli sərmayələri ilə Türkiyənin aviasiya və kosmos sənayesi mərkəzi olan bu qurum istehsal etdiyi yüksək texnologiyaya malik məhsulları ilə dünyada böyük nüfuz qazanmışdır. Zəruri, modern cihaz və avadanlıqla təchiz olunmuş müasir təyyarə istehsalı müəssisələrini, hissə istehsalı ilə yanaşı, təyyarə quraşdırılması, modern laboratoriya və uçuş test sistemlərini birləşdirən, bir sözlə geniş istehsal imkanlarına malik Türkiyə Aerokosmik Sənayesi Şirkəti ekoloji sahədə də bir çox layihələr reallaşdırır. Hazırda şirkətin müəssisələrində pilotsuz təyyarələrin istehsalı həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevə polutsuz “ANKA” təyyarəsi barədə məlumat verildi. Bildirildi ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan kosmos qrupunda dünyada diqqət çəkən istehsal prosesi həyata keçirilir. Burada hərbi məqsədlə “Göytürk1” və Türkiyənin ilk milli yer kəşfiyyat peyki olan “Göytürk2”nin istehsalı baş tutmuşdur. Bundan əlavə, 1987-ci ildən başlayaraq şirkətdə “F-16” döyüş təyyarələrinin istehsalı həyata keçirilir ki, əsas məqsəd yerli tələbatı ödəmək və bu təyyarələrin xaricə satışına nail olmaqdır. Artıq Yaxın Şərqdə bu təyyarələrin əsas istehsalçısı olan Türkiyə onların modernləşdirilməsi proqramını da uğurla reallaşdıran ölkə kimi tanınır. Eyni zamanda, hərbi təyinatlı helikopterlərin istehsalında və onların modernləşdirilməsində də mühüm nəticələr əldə edilmişdir. Bütün bunlarla yanaşı, şirkət beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrə məxsus təyyarə markalarının hissə və avadanlığının istehsalında da yaxından iştirak edir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57