İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olmuşdur

13 noyabr 2013, 09:45
İlham Əliyev Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olmuşdur

Türkiyə Respublikasında rəsmi səfərdə olan Prezident İlham Əliyev Ankarada yenidən qurulan Heydər Əliyev parkı ilə tanış olmuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini yad etdi.
Azərbaycan dövlətinin başçısı parkla tanış oldu.

Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan onlarla küçə, park, meydan, təhsil müəssisəsi vardır. Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən biri də Türkiyə paytaxtında yaradılan bu parkdır. Hələ 2004-cü ildə salınmış parkda bir müddət əvvəl əsaslı yenidənqurma işləri aparılmışdır. Nəticədə, bu park Türkiyə paytaxtının ən gözəl istirahət mərkəzlərindən birinə çevrilmişdir.

Heydər Əliyev Parkının konsepsiyası bir növ dahi şəxsiyyətin mənalı ömür yolu və zəngin siyasi fəaliyyəti, eyni zamanda, bu fəaliyyətin ən böyük əsəri olan müstəqil Azərbaycanın bugünkü surətli inkişafı və ölkəmizin qardaş Türkiyə ilə münasibətlərinin yüksək səviyyəsini əks etdirir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, parkın giriş meydanının ümumi sahəsi 19,23 kvadratmetrdir və bu rəqəm Ulu Öndərin anadan olduğu 1923-cü ilin rəmzidir. Buradakı şəlalə yaşam rəmzi kimi düşünülmüşdür.

Park 8 hektar sahəni əhatə edir. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Təbiətin qorunması, ətraf mühitə qayğı Heydər Əliyevin xüsusi önəm verdiyi sahələrdən olmuşdur. Ulu Öndərin adını daşıyan parkda bu işə xüsusi diqqət yetirilmişdir. Belə ki, burada ilk dəfə olaraq xüsusi texnologiyadan istifadə edilərək, “ağıllı drenaj sistemi” adlanan yeni sistem tətbiq edilmişdir.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, parkda aparılan işlərdə Ankaranın iqlim şəraiti də nəzərə alınmış və yenidənqurma işlərində ən yüksək keyfiyyətə malik materiallardan istifadə olunmuşdur. Bütövlükdə incə zövqlə görülən işlər nəticəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ankaralıların və şəhərin qonaqlarının mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın girişində ağ mərmərdə əks edilən “Heydər Əliyev Parkı” sözləri axşam saatlarında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57