İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başa çatmışdır

13 noyabr 2013, 22:15
İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri

Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo