İlham Əliyev Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

14 noyabr 2013, 22:05
İlham Əliyev Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Joakim Auqusto de Lemuşun etimadnaməsini qəbul etmişdir.

Səfir Joakim Auqusto de Lemuş fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Joakim Auqusto de Lemuş etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Anqolanın Azərbaycanda yeni təyin olunmuş səfiri Joakim Auqusto de Lemuş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirdi.

gallery-photogallery-photo