İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

15 noyabr 2013, 16:20
İlham Əliyev Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Krister Mikelssonun etimadnaməsini qəbul etmişdir.

Səfir Krister Mikelsson fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Krister Mikelsson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Xalqlarımız arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirdi. Finlandiya Respublikasının Prezidentinin Azərbaycana, özünün isə Finlandiyaya səfərlərinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğuladı.

Səfir Krister Mikelsson ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dedi. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan səfir əlaqələrimizin inkişaf etdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Finlandiyalı diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

gallery-photogallery-photogallery-photo