15:30
İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur
18 noyabr 2013, 15:15Kiyevdə Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Qarşılıqlı səfərlərin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırıldı.
Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14