“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Mordva Respublikası üzrə regional bölməsinin sədri Arzu Duvayarovdan

18 noyabr 2013, 16:25

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Mordva Respublikası üzrə regional bölməsinin əslən Azərbaycandan olan bütün üzvləri adından, Azərbaycanın dostları adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqına və şəxsən Sizə firavanlıq, xoşbəxtlik və cansağlığı arzulayırıq. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq telləri bağlayır. Əminik ki, Siz Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın, mədəni, humanitar və iqtisadi əlaqələrin möhkəmlənməsi üçün bu dostluq münasibətlərini davam etdirəcəksiniz.

Hörmətlə,

Arzu Duvayarov
“Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının Mordva Respublikası üzrə regional bölməsinin sədri