Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırovdan

18 noyabr 2013, 16:09

Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Belarusun “Azərbaycan İcmaları Konqresi”, Belarusda yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Seçkilərdə parlaq qələbəniz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətinin Sizin tərəfinizdən müvəffəqiyyətlə davam etdirilməsinə xalqımızın inamının bariz göstəricisidir.

Sizin liderliyiniz sayəsində tarixi Vətənimizin sözün əsl mənasında çiçəklənməsi, yüksək templərlə inkişaf etməsi təkcə Azərbaycan diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar diləyir, möhkəm cansağlığı və səadət arzu edirik.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Dərin hörmət və ehtiramla,

Natiq Bağırov

Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri