İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak etmişdir

29 noyabr 2013, 12:00
İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak etmişdir

Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirilmişdir.

Prezident İlham Əliyev Sammitdə iştirak etmişdir.

Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını qarşıladılar.

Sammiti hazırda Aİ-yə sədrlik edən Litvanın Prezidenti Darya Qribauskayte açaraq bütün tərəfdaş ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, Sammit çərçivəsində imzalanacaq sənədlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Həmin sənədlərin xalqlarımız arasında əlaqələrin də möhkəmlənməsinə töhfə verəcəyini deyən Litva Prezidenti onların real həyatda əks olunması üçün güclü siyasi iradəyə ehtiyac duyulduğunu diqqətə çatdırdı.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy sənədlərin imzalanması münasibətilə tərəfdaş ölkələrin dövlət başçılarını təbrik etdi. Herman Van Rompuy Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan Sazişin imzalanması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Aİ Şurasının prezidenti bu sənədin imzalanmasını Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıran mühüm addım kimi qiymətləndirdi. Bildirildi ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələr ilə imzalanacaq digər sənədlər də bu prosesə töhfəsini verəcəkdir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da sənədlərin imzalanması münasibətilə təbriklərini çatdırdı, bu Sammiti əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirdi.

Ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığına yönələn səylərini alqışladığını deyən Xose Manuel Barrozu bir daha əminliyini ifadə etdi ki, III Sammit “Şərq tərəfdaşlığı” proqramının nailiyyətlərini daha da artıracaqdır.

“Şərq tərəfdaşlığı” Sammitinin ruhunu əks etdirən musiqi kompozisiyası nümayiş etdirildikdən sonra sənədlərin imzalanması mərasimi oldu.

Mərasimdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı.

Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar.

Sonra Sammitin iştirakçıları birgə foto çəkdirdilər.

Daha sonra III “Şərq tərəfdaşlığı” Sammitinin plenar iclası başladı.

Prezident İlham Əliyev iclasda iştirak etdi.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edən “Şərq tərəfdaşlığı” Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.

“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilmiş, ikincisi isə 2011-ci ilin sentyabrında Varşavada təşkil edilmişdir. Növbəti Sammit 2015-ci ildə Latviyanın paytaxtı Riqada keçiriləcəkdir. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57