Türkiyə Respublikasının Prezidenti Abdullah Gül İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2013, 15:00

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.