ABŞ konqresmeni Al Qrindən

25 dekabr 2013, 12:25

Hörmətli cənab Prezident,

Doğum gününüz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin ABŞ ilə Azərbaycan arasında güclü əlaqələrin qurulmasına verdiyiniz şəxsi töhfələr təqdirə layiqdir. Əminəm ki, xalqlarımızın mənafeyi naminə birgə səylərimiz daha da güclənəcəkdir.

Prezidentliyinizin yeni dövründə ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm.

Hörmətlə,

Al Qrin
ABŞ konqresmeni