İlham Əliyev Belçikanın keçmiş Baş naziri İv Letermi qəbul etmişdir

28 aprel 2014, 16:50
İlham Əliyev Belçikanın keçmiş Baş naziri İv Letermi qəbul etmişdir

Prezident İlham Əliyev Belçika Krallığının keçmiş Baş naziri İv Letermi qəbul etmişdir.

Keçmiş Baş nazir İv Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd etdi. O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğuladı.

Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən Prezident İlham Əliyev II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu qeyd etdi.