Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

04 iyun 2014, 15:40

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyə şadam. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq, Azərbaycan dövlətinin tərəqqisi və çiçəklənməsi naminə quruculuq fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edib, Tatarıstan-Azərbaycan əməkdaşlığının perspektivlərinə əmin olduğumuzu bildirir və Rusiya-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində qarşılıqlı faydalı ticarət-iqtisadi və humanitar layihələrin həyata keçilrilməsinə hazır olduğumuzu təsdiq edirəm.

Sizə və Sizin yaxınlarınıza, gözəl Azərbaycanın bütün xalqına bir daha dərin hörmət və xoş bayram arzularımı çatdırıram.

Hörmətlə,

Rüstəm Minnixanov
Tatarıstan Respublikasının Prezidenti