İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycridən

05 iyun 2014, 16:05

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdıraraq xalqınızın və ölkənizin daha da inkişafı naminə Sizə ali dövləti vəzifənizdə uğurlar arzu etməkdən çox məmnunam.

Bu əlamətdar bayram münasibətilə mən qadir Allaha dua edirəm ki, Sizə və ailənizə xoşbəxtlik və cansağlığı bəxş etsin.

Zati-aliləri cənab Prezident, ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm.

Əbdüləziz bin Osman əl-Tüveycri
İSESCO-nun baş direktoru