Monteneqronun Prezidenti Zati-aliləri cənab Filip Vuyanoviçə

12 iyul 2014, 18:15

Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Monteneqro əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Ümidvaram ki, dost ölkələrimiz arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsi yolunda səylərimiz bundan sonra da davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 iyul 2014-cü il.