E.Z.İbrahimova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 avqust 2014, 19:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə Elçin Zaur oğlu İbrahimova “Əməkdar hüquqşünas” fəxri adı verilsin. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 avqust 2014-cü il