10:29
İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub
29 avqust 2014, 17:20Prezident İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Son illərdə Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən ölkədə dövlət idarəçiliyi sistemində yeni metodların tətbiqi daha da genişlənib. Bununla əlaqədar olaraq dövlət orqanlarında çalışan əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Paytaxtın müxtəlif rayonlarının icra hakimiyyətləri üçün yeni binaların tikilməsi, mövcud olanlarda isə yenidənqurma işlərinin aparılması bu sırada mühüm yer tutur. Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan təmir və yenidənqurma işləri də həm əməkdaşların əmək fəaliyyətinin yaxşılaşdırılmasına, digər tərəfdən də əhaliyə daha keyfiyyətli xidmətin göstərilməsinə təminat verir. Xətai Rayon İcra Hakimiyyətinin binasında yaradılan şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Müasir memarlıq üslubunda yenidən qurulan bina rayonun görkəminə də xüsusi gözəllik verir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməmişdi. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kvadratmetr olan binanın ərazisi genişləndirilərək 2875 kvadratmetrə çatdırılıb. Yenidənqurma işləri zamanı bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Girişdə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Xətai rayonunda keçirilən tədbirlərdə iştiraklarından hazırlanan fotostend qurulub.
Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, dövlət başçısının “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, icra hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin elektron formada qəbulu da reallaşıb. Rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər. 220 yerlik konfrans zalında icra hakimiyyətinin və rayonla bağlı tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Burada işıq, səs və digər müasir sistemlər quraşdırılıb. Bundan əlavə, bütün lazımi avadanlıqla təchiz olunan yeməkxana da istifadəyə verilib. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkanlar yaradılıb. Otaqların hamısı müasir avadanlıq və inventarla təchiz olunub.
Müasir memarlıq üslubunda yüksək zövqlə yenidən qurulan binanın interyerində paytaxtın qədim görüntülərini əks etdirən fotolar vurulub. Kiçik konfrans zalında müxtəlif toplantıların keçirilməsi üçün hər cür şərait var. Əlli yerlik müşavirə zalındakı şərait də ən müasir tələblərə cavab verir. Operativ idarəetmə mərkəzindən rayon ərazisində yerləşən bütün tikililər barədə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil-istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. İstehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılıb.
Binadakı şəraitlə tanış olan dövlətimizin başçısı daha sonra icra hakimiyyəti binasının qarşısında yaradılan parka baxdı.
Ötən ilin sonlarından başlayan təmir və yenidənqurma işləri zamanı ərazidə geniş yaşıllıq zolaqlarının salınmasına xüsusi fikir verilib. Bununla bağlı çoxlu dekorativ ağaclar əkilib. Burada yaxınlıqda yaşayan əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb.
10:29
10:17
20:35
Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə...
20 may 2024, 20:3517:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
20 may 2024, 17:0217:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
20 may 2024, 17:0016:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...
20 may 2024, 16:5816:56
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...
20 may 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...
20 may 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Vaqif oğlu...
20 may 2024, 16:5216:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru...
20 may 2024, 16:5016:48
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: ...
20 may 2024, 16:4816:46
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi...
20 may 2024, 16:46