Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 sentyabr 2014, 19:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə Sumqayıt şəhərinin 65 illiyi münasibətilə aşağıdakı fəxri adlar verilsin:

“Əməkdar Mühəndis”
Əliyev Abit Sadıx oğlu
Mustafayev İdris Ağa oğlu
“Əməkdar Artist”
Ağakişiyev Rauf Fikrət oğlu
Səfərova İlahə Qiyas qızı
“Əməkdar Həkim”
Hüseynquliyev Nazim Hüseyn oğlu
“Əməkdar Jurnalist”
Bayramov Rafiq Hüseyn oğlu
“Əməkdar Müəllim”
Ağayeva Bəsirə Abdulla qızı
Qasımov Fikrət Qasım oğlu
Məmmədova Elba İsgəndər qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2014-cü il.