23 sentyabr 2014, 17:00

Vüsal Hüseynov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident! 

Respublikanın regionlarında, o cümlədən Gəncə şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini görəndə insan fərəhlənir və buna münasibət bildirməyi özünə mənəvi borc hesab edir. 

Bizim yaşadığımız Şıxzamanlı qəsəbəsi yeni yaradılmış qəsəbələrdən biridir. İnanmaq çətin idi ki, qısa zaman ərzində qəsəbədə bu qədər işlər görüləcək və Şıxzamanlı müasir yaşayış məntəqəsinə çevriləcək. Ancaq bu gün bu artıq reallıqdır.

Məktəblər təmir olunub, yollar asfaltlanıb, işıqlandırma sistemləri qurulub, yol kənarı hasarlar Gəncənin memarlıq üslubuna xas olan qırmızı kərpiclə işlənib. Bir sözlə qəsəbəmiz yaraşıqlı görkəm alıb. 

Möhtərəm Prezident! Göstərilən qayğıya görə Sizə “Çox sağ olun” deyirik. Tanrı Sizi qorusun! 

Hörmətlə, 

Hüseynov Vüsal
Bayramova Aynur
Hüseynova Gülçöhrə
Behbudov Fazil və başqaları (cəmi 17 imza).

Azərbaycan Respublikası, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi.