17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik...
10 may 2024, 17:25
Prezident İlham Əliyev İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Mendivil Peydronun etimadnaməsini qəbul edib.
Səfir Rafael Mendivil Peydro fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Rafael Mendivil Peydro etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Rafael Mendivil Peydro İspaniya Kralı VI Felipenin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı beynəlxalq tədbirlərdə İspaniyanın Baş naziri ilə görüşünü və əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. İspaniya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Azərbaycan Prezidenti ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi.
Prezident İlham Əliyev Kral VI Felipenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İspaniya Kralına çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik...
10 may 2024, 17:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.
10 may 2024, 16:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
10 may 2024, 16:20