İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib

29 yanvar 2015, 19:40
İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak ediblər.

Dövlət başçısına məlumat verildi ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Həmçinin sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də tikilib.

Dövlət başçısı 1 nömrəli kanat yolunu işə saldı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçirdilər.

Qeyd edək ki, kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır və bu işi böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. Beləliklə, “Şahdağ” qış-yay turizm kompleksi qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada bənzərsiz təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı var. Burada xizəklə sürüşmək üçün 19-dan çox yamacın yaradılması planlaşdırılıb.

Xizəksürmə məktəbi müxtəlif kurslar da təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcək. Bölgəni yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün gələcəkdə raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də təşkil olunacaq. Bundan əlavə, burada böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00