15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30
Prezident İlham Əliyev İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şabanın etimadnaməsini qəbul etmişdir.
Səfir Sabine Ulmann Şaban fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Sabine Ulmann Şaban etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayaraq bildirdi ki, ölkəmiz bu əməkdaşlığı bir çox sahələrdə genişləndirmək əzmindədir.
Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yaxşı səviyyədə olması ilə bağlı dövlətimizin başçısının dediyi fikirləri təsdiqləyən səfir müxtəlif səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ölkələrimiz üçün əhəmiyyətini vurğuladı. Xanım Sabine Ulmann Şaban əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin önəmli olduğunu bildirdi.
Son illər ərzində münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin tərəfdaşlıq xarakteri aldığını dedi və prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirən Prezident İlham Əliyev səfirə işində uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına...
18 may 2024, 15:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev...
18 may 2024, 15:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan...
18 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50