17:02
PDF yükləyin
21 may 2024, 17:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2012-ci il 5 dekabr tarixli Qərarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tövsiyəyə uyğun olaraqqərara alıram:
1. “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2015-ci il Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2015-ci il.
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 23 fevral tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə
hazırlıq və yubileyin qeyd olunması üzrə
Tədbirlər Planı
№
|
Tədbirin adı
|
İcraçılar
|
İcra müddəti
|
1.
|
Azərbaycan Respublikasının şəhər və rayonlarında, dövlət qurumlarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin təntənəli qeyd edilməsi
|
yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları
(veteran təşkilatları cəlb edilməklə)
|
aprel-may
2015
|
2.
|
Xatirə komplekslərinin ziyarət edilməsi
|
yerli icra hakimiyyəti orqanları (veteran təşkilatları cəlb edilməklə)
|
may 2015
|
3.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Bakı şəhərində müharibə veteranlarının, arxa cəbhə zəhmətkeşləri nümayəndələrinin iştirakı ilə təntənəli yığıncağın keçirilməsi
|
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
may 2015
|
4.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində keçiriləcək hərbi paradda respublika nümayəndələrinin iştirakının təmin edilməsi
|
Müdafiə Nazirliyi,
Maliyyə Nazirliyi (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
may 2015
|
5.
|
1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, tibb işçilərinin müstəsna roluna dair elmi konfransların, simpoziumların keçirilməsi
|
Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyəti
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
2015
|
6.
|
Kütləvi informasiya vasitələrində 1941-1945-ci illər müharibəsinə və bu müharibədə qələbəyə həsr edilmiş məlumatların yayılması, silsilə teleradio verilişlərinin təşkili, sənədli və bədii filmlərin nümayişi
|
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, dövlət mətbuat orqanları
|
2015
|
7.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş sənədlərin, plakatların, fotomaterialların, əsərlərin, əşyaların sərgisinin təşkil edilməsi
|
Müdafiə Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
aprel-may
2015
|
8.
|
1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbəyə həsr edilmiş əsərlərin, kitabların sərgisinin təşkil edilməsi
|
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi
|
2015
|
9.
|
Təhsil müəssisələrində 1941-1945-ci illər müharibəsi iştirakçıları ilə görüşlərin keçirilməsi
|
Təhsil Nazirliyi
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
2015
|
10.
|
Təhsil müəssisələrində 1941-1945-ci illər müharibəsinə həsr olunmuş vahid dərsin (günün) keçirilməsi
|
Təhsil Nazirliyi
|
2015-ci ilin dekabr ayınadək
|
11.
|
1941-1945-ci illər müharibəsi veteranları və gənclər cəlb edilməklə, 1941-1945-ci illər müharibəsinin mühüm hadisələrinə həsr olunmuş görüşlərin keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətlərinin təşkili
|
Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
2015
|
12.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar hərbi hissələrdə müharibə veteranları ilə görüşlərin təşkil edilməsi
|
Müdafiə Nazirliyi
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
mart-may
2015
|
13.
|
Müharibə veteranlarının iştirakı ilə 1941-1945-ci illər müharibəsinə həsr edilmiş “dəyirmi masa”ların, bədii proqramların, görüşlərin təşkili
|
Mədəniyyət və Turizm Nazirliyi
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
2015
|
14.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş idman tədbirlərinin keçirilməsi
|
Gənclər və İdman Nazirliyi
|
2015
|
15.
|
“1941-1945-ci illər müharibəsində qadınların rolu” mövzusunda beynəlxalq elmi-təcrübi konfransın təşkil edilməsi
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
aprel 2015
|
16.
|
“1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında alimlərin rolu” mövzusunda beynəlxalq konfransın təşkil edilməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası
(Respublika Veteranlar Təşkilatı cəlb edilməklə)
|
aprel 2015
|
17.
|
Daxili işlər orqanlarında çalışmış 1941-1945-ci illər müharibəsi iştirakçılarına həsr olunmuş “Onlar vətənə xidmət etmişlər” adı ilə dərc olunmuş kitablar və digər nəşrlərin MDB iştirakçıları olan ölkələrin daxili işlər nazirlikləri ilə qarşılıqlı mübadiləsi tədbirlərində iştirakın təmin edilməsi
|
Daxili İşlər Nazirliyi (veteranlar təşkilatları cəlb edilməklə)
|
2015
|
18.
|
1941-1945-ci illər müharibəsində eyni hərbi hissədə xidmət etmiş veteranlar üçün təşkil olunmuş telekörpüdə respublika veteranlarının iştirakının təmin edilməsi
|
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (veteranlar təşkilatları cəlb edilməklə)
|
2015
|
19.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş sərhəd mahnılarının beynəlxalq festivalında iştirak edilməsi
|
Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi (Azərbaycan Bəstəkarlar İttifaqı cəlb edilməklə)
|
oktyabr-noyabr
2015
|
20.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş “Vivat Pobeda! ” əsgər mahnıları beynəlxalq festivalında iştirakın təmin edilməsi
|
Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
|
aprel-may
2015
|
21.
|
Moskva şəhərində 1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbənin 70 illiyinə həsr olunmuş ikinci beynəlxalq elmi-təcrübi konfransda iştirak edilməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası
|
aprel 2015
|
22.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində tarixçilərin təşkil etdiyi beynəlxalq məktəbin işində iştirak edilməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi
|
mart-iyun
2015
|
23.
|
1941-1945-ci illər müharibəsi ilə əlaqədar olan xatirə yerlərinin (təxliyə hospitallarının, qəbiristanlıqların, memorialların, abidələrin) pasportlaşdırılması və onun elektron variantının yaradılması işinin başa çatdırılması
|
Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri orqanları (veteranlar təşkilatları cəlb edilməklə)
|
2015
|
24.
|
Hərbi qəbiristanlıqların, memorial və xatirə komplekslərinin abadlığının təmin edilməsi, 9 may günü ərəfəsində onlara baxış keçirilməsi
|
yerli icra hakimiyyəti orqanları
|
mütəmadi
|
25.
|
1941-1945-ci illər müharibəsində həlak olmuş və ya itkin düşmüş döyüşçülərin xatirələrini əbədiləşdirən “Xatirə Kitabı”nın nəşrinin davam etdirilməsi
|
Mədəniyyət və Turizm Nazirliyi
|
2015
|
26.
|
1941-1945-ci illər müharibəsi iştirakçıları barədə məlumat bazasının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu (veteranlar təşkilatları cəlb edilməklə)
|
mütəmadi
|
27.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş dövlət poçt ödənişi nişanlarının – poçt markalarının, zərflərin və təbrik açıqcalarının buraxılması
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2015
|
28.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi dövründə 1941-1945-ci illər müharibəsi veteranlarının şəhərlərarası və beynəlxalq telefon danışıqlarından istifadə etmələrinə şərait yaradılması
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
25 aprel -
10 may 2015
|
29.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd edilməsi günlərində 1941-1945-ci illər müharibəsi veteranlarının və onları müşayiət edən şəxslərin nəqliyyat vasitələrindən ödənişsiz istifadəsinin təmin edilməsi (taksidən başqa)
|
Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
|
3-12 may 2015
|
30.
|
Növbədə dayanan 1941-1945-ci illər müharibəsi əlillərinin xüsusi avtonəqliyyatla təmin edilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
aprel-may
2015
|
31.
|
1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileylərinin təşkil edilməsi
|
yerli icra hakimiyyəti orqanları
(veteranlar təşkilatları cəlb edilməklə)
|
mütəmadi
|
32.
|
1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi
|
Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
|
may 2015
|
PDF yükləyin
21 may 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...
21 may 2024, 17:00Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə...
20 may 2024, 20:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
20 may 2024, 17:02Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
20 may 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...
20 may 2024, 16:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...
20 may 2024, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...
20 may 2024, 16:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Vaqif oğlu...
20 may 2024, 16:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru...
20 may 2024, 16:50