İlham Əliyev AŞPA Monitorinq Komitəsinin həmməruzəçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02 mart 2015, 15:45
İlham Əliyev AŞPA Monitorinq Komitəsinin həmməruzəçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulandı, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.