Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rosen Plevneliyevə

02 mart 2015, 18:00

Hörmətli cənab Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı möhkəm dostluq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bolqarıstana tezliklə edəcəyim səfərin ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəyinə şübhə etmirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 fevral 2015-ci il.