18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50
Prezident İlham Əliyev Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edildi. Ötən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin, eləcə də bu gün Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulandı, “Cənub” qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olundu. “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi vurğulandı, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirildi.
Söhbət zamanı 2018-ci ildə “Şahdəniz-2” layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edildi. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulandı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirildi.
Görüşdə bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə edildi, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00