15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilən yanacaq və motor yağlarına görə verilən güzəştin həcminin artırılması və təkrar (aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılmasını təmin etsin.
2. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2015-ci il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına...
18 may 2024, 15:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev...
18 may 2024, 15:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan...
18 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50