15:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30
Prezident İlham Əliyev Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Karin Ştrents xatirə hədiyyəsini dövlət başçısına təqdim etdi.
Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev Almaniyaya səfərini və orada keçirdiyi səmərəli görüşləri məmnunluqla xatırladı.
Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents Azərbaycanın bu il tarixi bir hadisənin - birinci Avropa Oyunlarının təşkilatçısı olmasının əhəmiyyətini vurğulayaraq ölkəsinin bu yarışları yaxından izləmək arzusunda olduğunu dedi. Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirilməsinin zəruriliyini vurğulayan xanım Karin Ştrents bildirdi ki, biz çalışacağıq ikili standartlar olmasın, ədalətli mövqe olsun. İkili standartlar bizi də narahat edir.
Dövlət başçısı birinci Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe nümayiş etdirilməsinin Olimpiya Oyunlarının ruhuna və nizamnaməsinə uyğun olmadığını təəssüflə qeyd etdi. Prezident İlham Əliyev bütün dövlətlərə eyni cür yanaşmanın vacibliyinə toxundu, bildirdi ki, ikili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının xüsusi rolu qeyd olundu, ölkəmizin təşəbbüsü ilə reallaşan iri enerji layihələrinin önəmi vurğulandı, TANAP və TAP layihələrinin perspektivindən danışıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
18 may 2024, 15:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
18 may 2024, 15:25Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
18 may 2024, 15:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
18 may 2024, 14:34Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan...
18 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50