İlham Əliyev ilk Avropa Oyunlarında Azərbaycanın qazandığı 12-ci qızıl medalı qalib idmançıya təqdim etdi

18 iyun 2015, 23:50
İlham Əliyev ilk Avropa Oyunlarında Azərbaycanın qazandığı 12-ci qızıl medalı qalib idmançıya təqdim etdi

Taekvondo yarışlarında iki idmançımız fərqlənib. Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova isə gümüş medalın sahibi olublar. Bununla da birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 12-yə çatıb.

Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da keçirilən yarışlarda idmançılarımızın final qarşılaşmalarını izləyiblər.

Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşuldu. İlk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gələn və bu görüşdən qələbə ilə ayrılan Harçeqani dörddə bir finalda Böyük Britaniya idmançısı Muhammed Lutalonu 17:5 hesabı ilə məğlub etdi. Azərbaycan idmançısı yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə döyüşdü və 6:2 hesabı ilə qalib gələrək finala çıxdı. Finalda rəqibi Rusiya idmançısı Albert Quanı 9:4 hesabı ilə məğlub edən Milad Beiqi Harçeqani birinci Avropa Oyunlarının növbəti çempionu oldu.

Sonra mükafatlandırma mərasimi oldu.

Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Qadınlar arasında 67 kiloqram çəkidə dünya çempionumuz Fəridə Əzizova isə birinci Avropa Oyunlarında ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirdi. Bu qarşılaşma idmançımızın qələbəsi ilə yekunlaşdı - 2:0. Taekvondoçumuz dörddə bir finalda türkiyəli Nur Tatarı 6:2 hesabı ilə məğlub etdi.

Fəridə Əzizova finala gedən yolda isveçli Elin Yohanssonla qarşılaşdı və rəqibinə 4:2 hesabı ilə qalib gəldi. Finalda Rusiya idmançısı Anastasiya Barişnikovaya məğlub olan Fəridə Əzizova bununla birinci Avropa oyunlarının gümüş mükafatını qazandı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54