Ç.M. Əliyevin Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24 iyul 2015, 17:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Çingiz Mansur oğlu Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2015-ci il.