İlham Əliyev Ağsu rayonuna gəldi

17 sentyabr 2015, 20:15
İlham Əliyev Ağsu rayonuna gəldi

Prezident İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəldi.

Dövlət başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

gallery-photogallery-photogallery-photo