11:41
İlham Əliyev İraqın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
22 sentyabr 2015, 15:30Prezident İlham Əliyev İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan-İraq ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlıq etməsini və bir-birinə qarşılıqlı dəstək verməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev Heydər Şiya Əl-Barrakın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Heydər Şiya Əl-Barrak qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanda çoxlu dostlar qazandığını dedi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəmədiyini deyən Heydər Şiya Əl-Barrak səfirliyin fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
11:41
11:15
19:05
18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:0015:50
14:16
14:14
12:43
11:13
11:11
17:55
Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:5516:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...
15 may 2024, 16:00