İlham Əliyev Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib

05 noyabr 2015, 20:50
İlham Əliyev Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib

Prezident İlham Əliyev Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı Tbilisidə Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin evinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə Eduard Şevardnadzenin və onun xanımının məzarları önünə gül dəstələri qoydu.

Dövlət başçısı mərhum Prezident Eduard Şevardnadzenin ailə üzvləri ilə görüşdü.

Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən dövlət başçısı qeyd etdi ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır. Vaxtilə ulu öndər Heydər Əliyev ilə Eduard Şevardnadzenin yaxın dostluq münasibətlərindən danışan Prezident İlham Əliyev bildirdi ki, hər iki lider Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında müstəsna rol oynayıblar.

Eduard Şevardnadzenin ailə üzvləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Qeyd olundu ki, dövlət başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Bildirildi ki, Eduard Şevardnadze də daim ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.

Prezident İlham Əliyev Eduard Şevardnadzenin müxtəlif illərdə çəkdirdiyi fotolara və layiq görüldüyü mükafatlara, ona bağışlanan hədiyyələrə baxdı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo