İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14 noyabr 2015, 15:35
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo