Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

13 dekabr 2015, 10:20

Hörmətli Vladimir Vladimiroviç,

Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 dekabr 2015-ci il.