İlham Əliyev Rusiyanın “Qazprom” Şirkəti idarə heyətinin sədrini qəbul edib

08 mart 2016, 16:50
İlham Əliyev Rusiyanın “Qazprom” Şirkəti idarə heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.

“Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Görüşdə, həmçinin Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00