İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşüb

09 mart 2016, 17:20
İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşüb

Prezident İlham Əliyev Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

Monteneqronun Prezidenti Filip Vuyanoviç ölkələrimiz arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etdi, ikitərəfli əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Özünün Azərbaycana, eləcə də Prezident İlham Əliyevin Monteneqroya səfərlərini və keçirdikləri görüşləri xatırlayan Filip Vuyanoviç bu səfərlər zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün bazanın yaradıldığını dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların mövcud olduğunu vurğulayan Filip Vuyanoviç ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd etdi. Filip Vuyanoviç Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəsinə sərmayə qoyuluşunu yüksək qiymətləndirdi, Monteneqronun SOCAR ilə əməkdaşlığın genişləndilməsində maraqlı olduğunu dedi. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakına böyük əhəmiyyət verdiyini vurğulayan Monteneqro Respublikasının Prezidenti bu layihənin qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından önəmini qeyd etdi, bu layihənin sözün əsl mənasında “Əsrin layihəsi” olduğunu vurğuladı.

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin yaradılmasını məmnunluqla qeyd etdi, bu münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı həmin səfərlər çərçivəsində qəbul edilən qərarların uğurla icra olunduğunu dedi. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən sərmayə qoyuluşu istiqamətində genişləndirilməsi üçün işlərin də aparıldığını qeyd etdi. “Cənub Qaz Dəhlizi” layihəsinin artıq reallığa çevrildiyini bildirən dövlətimizin başçısı layihənin Məşvərət Şurasının bu yaxınlarda Bakıda keçirilən ikinci toplantısında Monteneqro nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi və toplantı çərçivəsində 11 ölkənin nümayəndəsi, eləcə də Avropa Komissiyası tərəfindən imzalanan Birgə Bəyannamənin önəmini qeyd etdi.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq müzakirə məkanına çevrildiyi, tədbirə marağın getdikcə daha da artdığı vurğulandı, dünyada və regionda baş verən proseslərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradacağına əminlik ifadə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57