İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb

10 mart 2016, 14:00
İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb

Prezident İlham Əliyev IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edildi. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirildi və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulandı.

Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edildi, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00