14:10
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Prezident İlham Əliyev Maltanın xarici işlər naziri Corc Vellanı qəbul edib.
Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək qiymətləndirdi. Malta Prezidentinin səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında da müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı Maltanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin fəal iştirakçısı olduğunu vurğuladı. Malta Respublikasının Baş naziri Cozef Muskatın Azərbaycana ötənilki səfərini də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu dəfə Malta xarici işlər nazirinin Bakıya səfərini əməkdaşlığımızın dinamik şəkildə davam etdirilməsinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə Malta arasında fəal tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdi, Maltanın xarici işlər naziri Corc Vellanın ölkəmizə səfərinin mövcud əməkdaşlıq formatının möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Xarici işlər naziri Corc Vella Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkəsinin Prezidentinin Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnun olduğunu dedi. Maltanın Azərbaycan ilə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyən Corc Vella ikitərəfli münasibətlərin yalnız enerji deyil, hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək bir sıra digər sahələrdə möhkəmləndirilməsi üçün də yaxşı potensialın olduğunu bildirdi, bu istiqamətdə imkanların araşdırılmasının vacibliyini vurğuladı.
Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malta Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ”...
17 may 2024, 13:49Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verildi.
17 may 2024, 13:40Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə...
17 may 2024, 13:38Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxdılar.
17 may 2024, 13:35Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
17 may 2024, 13:15Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00