TÜRKSOY –un Baş katibi Düsen Kaseinovdan

23 may 2016, 18:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Türk dünyasında ilk demokratik respublika olan və bu il 98-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi sayəsində dünya dövlətləri arasında öz layiqli yerini tutaraq yeni uğurlara imza atmaqdadır.

Əminəm ki, Azərbaycanın zəngin və özünəməxsus mədəniyyəti TÜRKSOY tərəfindən gələcək də təşkil ediləcək beynəlxalq tədbirlərdə layiqincə təmsil olunacaq və ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Düsen Kaseinov

TÜRKSOY –un Baş katibi